Kobaxidze: Kallas Gürcüstanın suverenliyini tanımır

Kobaxidze: Kallas Gürcüstanın suverenliyini tanımır

"Rusiya Gürcüstanın ərazisinin 20 faizi üzərində suverenliyini tanımırsa, xanım Kaya Kallas Gürcüstanın ərazisinin 100 faizi üzərində suverenliyini tanımır. Bu, tamamilə utancverici bir münasibətdir".

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın bugünkü açıqlamasını şərh edərkən deyib.

O qeyd edib ki, Aİ-nin ən ali nümayəndəsinin Gürcüstan xalqının iradəsini tanımaması və ona qarşı çıxması çox ciddi və rüsvayçı hadisədir.

Qeyd edək ki, Kaya Kallas Brüsseldə jurnalistlərə açıqlamasında Aİ-nin Gürcüstan hökumətini deyil, gürcü xalqını dəstəkləmək istədiyini bildirib.

Mənbə: apa.az