Prezident İlham Əliyevin iştirakı ilə “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılışı canlı yayımlanacaq.
“Qafqazinfo” xəbər verir ki, açılışı Azərbaycan liderinin sosial media hesablarından izləmək mümkün olacaq.
***
Prezident İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumu başlayıb.
İki gün davam edəcək forumda dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edir.
***
Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib, Forum iştirakçılarının suallarını cavablandırıb.

























Mənbə: qafqazinfo.az