"İran heç vaxt razılaşmanı pozmayıb"

"İran heç vaxt razılaşmanı pozmayıb"

ABŞ razılaşmaya qayıtdıqdan sonra İran memoranduma əməl etməyə başlayacaq.

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi brifinqdə bildirib.

Diplomat ABŞ ilə hərbi əməliyyatların dayandırılması barədə memorandumun vəziyyətini böhran kimi xarakterizə edib.

Bəqayi əlavə edib ki, heç kim İranı müqavilə üzrə öhdəliklərini pozmaqda ittiham edə bilməz. O bildirib ki, bütün hallarda Tehran və Vaşinqtonun öhdəlikləri aydın şəkildə müəyyən edilib və Amerika tərəfinin müxtəlif bəhanələrlə memorandumun müxtəlif hissələrini pozduğu sənədləşdirilib.


Mənbə: unikal.az