ABŞ Prezidenti Donald Tramp Konqres tərəfindən Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan yenilənmiş qanun layihəsini araşdıracağını açıqlayıb. O, sənədlə bağlı yekun qərarın hələ verilmədiyini bildirib.
Globalinfo.az-a istinadla xəbər verilir ki, Tramp bunu Ağ Evdə İraqın Baş naziri Əli əz-Zeydi ilə görüşü zamanı deyib.
“Mən məsələni nəzərdən keçirməliyəm. Bu barədə hələ müzakirə aparılmayıb”, – ABŞ lideri bildirib.
Qeyd edək ki, Rusiyanın ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi Konqresdə müzakirə olunan qanun layihəsinin əsas müddəalarından biri hesab olunur.
ABŞ Prezidenti həmçinin qanun layihəsinin əhatə dairəsinin genişləndiriləcəyini də istisna etməyib. Onun sözlərinə görə, sənədə İran və Livanın “Hizbullah” hərəkatı da əlavə edilə bilər.
Mənbə: www.bakupost.az