“Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik” - Tramp

“Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik” -

"Hesab edirik ki, bizə İraqda hərbçilər artıq lazım deyil".

Bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

O qeyd edib ki, ABŞ İraqdan çoxlu miqdarda neft çıxarmaq niyyətindədir.

"Mən əvvəllər də Buşa (ABŞ-ın sabiq prezidenti) və Dik Çeyniyə (ABŞ-nin sabiq vitse-prezidenti) deyirdim: İraqa müdaxilə etməyin, İraqa hücum etməyin. Onlar yanlış ölkəyə hücum etdilər", — deyə Tramp vurğulayıb.

Mənbə: bizim.media