Baş nazir vurğulayıb ki, NATO və ABŞ ilə tam koordinasiya şəraitində Ukraynaya beş "Patriot" raketinin göndərilməsi qərarı Polşada ciddi tənqidlərlə qarşılanıb. O bu reaksiyanı şokedici və əsassız hesab etdiyini diqqətə çatdırıb.
"Hazırda bu cür tədarüklər nəzərdə tutulmur. Lakin mən ölkəmizdə başlayan anti-Ukrayna kampaniyasının tərəfdarı deyiləm. Baş nazir postunda olduğum müddətdə Polşa Rusiya ilə müharibədə Ukraynaya fəal dəstəyini əsirgəməyəcək", - deyə hökumət rəhbəri bildirib.
Bəzi Avropa ölkələrinin qurduğu antiballistik koalisiyaya Varşavanın daxil olmaması məsələsinə toxunan Tusk qeyd edib ki, bütün dövlətlər eyni təşəbbüslərə qatılmır. Onun fikrincə, bu koalisiya daha çox sənaye yönümlüdür və əsasən öz istehsal potensialını, eləcə də texnologiyalarını bölüşməyə hazır olan müəssisələri özündə cəmləşdirir.
"Polşa müəssisələrinə gəldikdə isə, onlar öz imkanlarını təhlil edirlər. Koalisiya açıq xarakter daşıyır. Əgər Polşa şirkətləri müvafiq təklif hazırlasalar, biz bu koalisiyaya qoşulacağıq", - deyə Polşanın baş naziri bəyan edib.
"Polşa şirkətləri isə hazırda öz imkanlarını dəyərləndirirlər. Koalisiya açıq xarakter daşıyır. Əgər Polşa şirkətləri müvafiq təklif hazırlasalar, biz bu koalisiyaya qoşulacağıq ", - deyə Polşanın baş naziri yekunlaşdırıb.
Mənbə: oxu.az