Böyük Britaniya İrana rəsmi etiraz bildirdi - SƏBƏB

Böyük Britaniya İrana rəsmi etiraz bildirdi - SƏBƏB
İranın müvəqqəti işlər vəkili Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, buna səbəb İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı olan "Qüds" qüvvələrinin mart və may ayları arasında Avropada bir sıra hücumların təşkilində (əlaqələndirilməsində) rolunun olmasıdır.

Böyük Britaniya hökuməti bu hücumların onun və müttəfiqlərinin təhlükəsizliyinə birbaşa təhdid yaratdığını bildirərək İrana rəsmi şəkildə etiraz edib.

Mənbə: oxu.az