NATO hərbi ekspertləri Almaniyanın bir il ərzində işlək nüvə partlayıcı qurğusu hazırlaya biləcəyini iddia ediblər.
Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.
İddiaya görə, Berlin 1-3 ay ərzində lazımi parçalanan materialı əldə edə və bir il ərzində, nüvə sınağı keçirmədən, işlək nüvə qurğusu hazırlaya bilər.
Məlumata əsasən, bu ehtimal Almaniyanın militarist keçmişi səbəbindən xüsusi narahatlıq doğurur. Həmçinin kansler Fridrix Mertsin Almaniyanı “Avropanın ən güclü ölkəsi” kimi yenidən formalaşdırmaq planları da diqqət çəkir.
Qeyd edək ki, daha əvvəl Rusiya mediası Almaniyanın NATO ölkələri arasında öz nüvə silahını yaratmağa ən yaxın ölkə olduğunu bildirib.
Müəllif: Roza
Mənbə: publika.az