BMT Baş katibinin 16 ildən sonra Kiprə ilk səfəri - FOTO

BMT Baş katibinin 16 ildən sonra Kiprə ilk səfəri -

İyulun 28-də Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Erhürman Lefkosada BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb.

Kipr türklərinin lideri BMT Baş katibini Prezident Kompleksinin girişində qarşılayıb.

Təxminən iki saat davam edən geniş müzakirələrdən sonra A. Quterreş Kiprdəki konstruktiv danışıqların adadakı hər iki icmaya fayda verəcəyinə ümid etdiyini bildirib.

Çərşənbə axşamı günü BMT-nin Baş katibi yunan Kiprinin lideri Nikos Xritodulides ilə də danışıqlar aparıb.

Bu axşam bufer zonasında Antonio Quterreşin Kiprin iki icmasının liderləri ilə şam yeməyi planlaşdırılır.

Bu, BMT Baş katibinin 16 ildən sonra Kiprə ilk səfəridir.


Mənbə: bizim.media