Tramp Qrenlandiyanın ABŞ nəzarətinə keçəcəyi TARİXİ AÇIQLADI

Tramp Qrenlandiyanın ABŞ nəzarətinə keçəcəyi

ABŞ lideri Donald Tramp bəyan edib ki, 2029-cu ilin yanvarında başa çatacaq prezidentlik müddətinin sonunadək Qrenlandiya ABŞ-nin nəzarətinə keçə bilər.

O, öz planlarını "Real America"ya verdiyi müsahibəsində açıqlayıb.

Tramp aparıcının onun Ağ Ev rəhbəri vəzifəsindən gedəcəyi vaxtadək adanın ABŞ-nin nəzarəti altında ola biləcəyi barədə ehtimalı ilə razılaşıb.

Prezident vurğulayıb ki, Qrenlandiya Birləşmiş Ştatlar üçün böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, iyulun 8-də Tramp bəyan etmişdi ki, ABŞ "dünyanı qorumaq üçün" Qrenlandiyaya çox ehtiyac duyur, Danimarkaya isə bu ada lazım deyil.

O qeyd edib ki, İkinci Dünya müharibəsi (1939–1945-ci illər) zamanı Danimarka nasistlər tərəfindən işğal edildikdən sonra ABŞ adanı öz mühafizəsinə götürüb, lakin sonra "ağılsızlıq edərək" onu geri qaytarıb. Tramp vurğulayıb ki, Amerika dövləti bunu etməməli idi.

Mənbə: bizim.media