Baydenin imzalayacağı İLK QƏRARLAR ÜZƏ ÇIXDI: Müsəlman ölkələri... - ŞOK MƏQAMLAR

Baydenin imzalayacağı İLK QƏRARLAR ÜZƏ ÇIXDI: Müsəlman ölkələri... - ŞOK MƏQAMLAR

Andiçmə mərasiminə bir neçə saat qalmış ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden imzalayacağı 17 gözlənilməz qərarı açıqlayıb.

Bayden səlahiyyətlərinin icrasına başlayacağından bir neçə saat sonra Paris İqlim razılaşmasına ABŞ-ın yenidən üzv olması, müsəlman ölkələrinə qarşı tətbiq olunan səyahət qadağasının ləğvi və Meksika ilə sərhəddə divar tikintisinin dayandırılması ilə bağlı qərar imzalayacaq.

Onu da nəzərə çatdıraq ki, Baydenin yeni qərarlarının əksəriyyəti hazırki prezident Donald Trampın verdiyi qərarların ləğvidir. Bundan əlavə, onun koronavirusla mübarizə çərçivəsində icitmai binalarda maskadan məcburi istifadə olunması barədə göstəriş verəcəyi də deyilir.(Lent.az)

 

Mənbə: olaylar.az