Dünya Mərakeşliləri Azərbaycanı fəxri ölkə seçdilər

Dünya Mərakeşliləri Azərbaycanı fəxri ölkə seçdilər

Azərbaycan Dünya Mərakeşlilərinin 2-ci Beynəlxalq Görüşündə fəxri ölkə seçilib. Bu barədə Azərbaycanın Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov X hesabında yazıb.

Bildirilib ki, Azərbaycan Laraş şəhərində təşkil olunmuş Dünya Mərakeşlilərinin 2-ci Beynəlxalq Görüşündə iştirak edib:

"Səfirliyin müvəqqəti işlər vəkili Tural Rəsulov Azərbaycan ilə Mərakeş arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin mükəmməlliyini, həmçinin xalqların yaxınlaşmasında, beynəlxalq mübadilələrin inkişafında diasporların əsas rolunu vurğulayıb".

Mənbə: sia.az