NATO-nun şərq cinahında yerləşən Şərqi Avropa ölkələri Donald Tramp administrasiyasının hərbi kontingenti azaltmaq qərarının qarşısını almaq üçün ABŞ qoşunlarının saxlanılması xərclərinin bir hissəsini öz üzərilərinə götürməyə hazırlaşırlar.
Bu barədə "Bloomberg" agentliyi məlumatlı mənbələrə istinadən xəbər verib.
Məlumata görə, müvafiq təkliflər avqustun 27-də Brüsseldə ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi ilə müttəfiqlərin keçirəcəyi görüşdə təqdim olunacaq. Avropa ölkələri ümid edir ki, hərbi xərclərin maliyyə yükünü paylaşmaqla Vaşinqtonu regiondakı hərbi varlığını qoruyub saxlamağa inandıra biləcəklər.
Hazırda rotasiyalar və təlimlərdən asılı olaraq Avropadakı ABŞ qoşunlarının sayı 80 minlə 100 min nəfər arasında dəyişir. Bu hərbçilərin üçdə birindən çoxu Almaniyada yerləşdirilib. Lakin bu ilin yazında Vaşinqton AFR-dən 5 min hərbçinin çıxarılacağını artıq elan edib.
Mənbə: musavat.com