Ermənistanın ikinci prezidenti Robert Köçəryan barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
Bu barədə Ermənistanın Antikorrupsiya Komitəsinin mətbuat katibi Marina Ohanjanyan məlumat verib.
Onun sözlərinə görə, hakim Sarkis Dadoyanın sədrliyi ilə Antikorrupsiya Məhkəməsi istintaq orqanının vəsatətini tam təmin edib və Koçaryan barəsində həbs qətimkan tədbiri seçib.
Qeyd edək ki, məhkəmə Köçəryan barəsində həbs qərarının seçilməsi ilə bağlı vəsatətə dünəndən etibarən baxırdı. Gecə saatlarında həkimlərin göstərişi ilə Robert Köçəryan xəstəxanaya yerləşdirilib. Bundan sonra məhkəmə prosesi onun iştirakı olmadan davam etdirilib.
Robert Köçəryana vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda çirkli pulların yuyulması və xüsusilə külli miqdarda rüşvət alma ittihamları irəli sürülüb.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan hüquq-mühafizə orqanlarına Robert Koçaryan və ölkənin üçüncü prezidenti Serj Sarkisyanın əmlaklarının müsadirə olunması ilə bağlı tapşırıq verib.
Akqabay
Mənbə: publika.az