Trampın administrasiyasında dəyişiklik: ABŞ Ordusunun yeni katibi kim olacaq?

Trampın administrasiyasında dəyişiklik: ABŞ Ordusunun yeni katibi kim olacaq?

ABŞ müdafiə naziri Pit Heqsetin ordunun katibi vəzifəsinə köməkçisi Şon Parnelli gətirməyi nəzərdən keçirdiyi bildirilir.

Bu barədə “The Hill” mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Parnell artıq bu vəzifəyə maraqlı olduğunu ifadə edib.

Hazırda ABŞ Ordusunun katibi vəzifəsini Daniel Driskoll tutur. Onun sentyabr ayında postu tərk etmək istədiyi, lakin Donald Tramp administrasiyasının ən azı ilin sonunadək vəzifəsində qalmasını tələb etdiyi qeyd olunur.

Məlumata görə, Parnell Heqsetə yaxın şəxslərdən biridir və hazırda Pentaqon rəhbərinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi vəzifəsində çalışır.

ABŞ Ordusunun katibi mülki vəzifədir. O, ABŞ Quru Qoşunlarının idarə olunması, inzibati məsələləri, büdcəsi və maddi-texniki təminatına nəzarət edir. Bu vəzifəyə təyinat ABŞ Senatının təsdiqini tələb edir.

Hələlik Daniel Driskollun vəzifədən uzaqlaşdırılması ilə bağlı rəsmi açıqlama verilməyib. Kadr dəyişikliyi ilə bağlı müzakirələrin isə Heqsetin Driskollun fəaliyyətindən narazı olması barədə iddialar fonunda aparıldığı bildirilir.

Qeyd edək ki, Daniel Driskoll 2025-ci ildən ABŞ Ordusunun katibi vəzifəsini tutur.

Müəllif: Adəm

Mənbə: publika.az