Putin Lukaşenko ilə Novo-Oqaryovoda görüşdü - VİDEO

Putin Lukaşenko ilə Novo-Oqaryovoda görüşdü -

Rusiya Prezidenti Vladimir Putin Moskva yaxınlığındakı Novo-Oqaryovo iqamətgahında Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.

Bu barədə RİA Novosti məlumat yayıb. Dövlət başçıları ikitərəfli əməkdaşlığın əsas sahələrini, cari regional və beynəlxalq məsələləri və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Qeyd edilib ki, Belarus lideri cümə axşamı, 27 avqustda Rusiyaya işgüzar səfərə gəlib. Dünən Lukaşenko Rusiyanın Baş naziri Mixail Mişustin ilə danışıqlar aparıb.

Müəllif: Tural

Mənbə: publika.az