Ruanda gələcəkdə Azərbaycanda səfirlik açmağı planlaşdırır.
"Report"-a istinadən xəbər verilir ki, Ankarada olan Ruandanın Azərbaycandakı səfiri Çarlz Kayonqa deyib.
"Gələcəkdə səfirlik mütləq olacaq, hazırda bunu planlaşdırırıq. Çünki Azərbaycan çox mühüm ölkədir. Azərbaycan Cənubi Qafqazda (Avrasiyada), Ruanda isə Mərkəzi Afrikadadır. Biz Azərbaycanla qardaş ölkələr olmaq istəyirik", - o deyib.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Bizim.Media
Mənbə: bizim.media