Fransa insan hüquqları üzrə mübahisədən sonra ABŞ-dan üzr istədi

Fransa insan hüquqları üzrə mübahisədən sonra ABŞ-dan üzr istədi

Fransa ABŞ-ı tənqid etdiyinə görə təəssüf hissi keçirdiyini bildirib. Xatırladaq ki, bu, iki ölkə arasında diplomatik münaqişəyə səbəb olmuşdu.

Buna səbəb Fransanın BMT-nin Cenevrədəki missiyasının iyul ayında dərc etdiyi paylaşım olub.

Paris həmin yazıda BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türkün səlahiyyətlərinin uzadılmasının əleyhinə səs verdiyinə görə ABŞ-ı tənqid etmişdi.

Bundan sonra Amerika tərəfi Fransanın nümayəndəsinin çıxışı zamanı BMT Təhlükəsizlik Şurasının iclasını tərk etmişdi. Vaşinqton həmçinin Fransanın ABŞ-dakı yeni səfiri vəzifəsinə Aurelien Leşevalierin namizədliyini bloklamaq imkanını nəzərdən keçirirdi.


Fransa missiyası indi ABŞ-ın insan hüquqlarının müdafiəsinə sadiqliyini şübhə altına alan nəşrdən təəssüf etdiyini bəyan edib.

ABŞ Dövlət Departamenti Parisin bəyanatını alqışlayıb.

Mənbə: bizim.media