Məşhur siyasi liderin ailə sirri açıldı – Babası 1933-cü ildə...

Məşhur siyasi liderin ailə sirri açıldı – Babası 1933-cü ildə...

Almaniyada “Almaniya üçün Alternativ” (AfD) Partiyasının həmsədri Alice Vaydelin ailəsinin nasist keçmişi yenidən gündəmə gəlib.

Vaydelin ata tərəfdən babası Hans Vaydel nasist rejimi dövründə SS üzvü və hərbi hakim olub. Arxiv materiallarına görə, o, 1932-ci ildə NSDAP-a, 1933-cü ildə isə SS-ə qoşulub.

Hans Vaydel daha sonra nasist sistemində hüquq sahəsində fəaliyyət göstərib. 1941-ci ildən Almaniyanın işğalı altında olan Varşavada komendantlığın hərbi məhkəməsində hakim işləyib. 1944-cü ildə isə baş qərargah hakimi – “Oberstabsrichter” rütbəsinə yüksəlib. Onun bu vəzifəyə təyinatı ilə bağlı sənəd Hitlerin qərargahından keçib.

Hans Vaydel nasist Almaniyasının hərbi məhkəmə sisteminin hakimlərindən biri olub. Bu məhkəmələr müharibə illərində on minlərlə ölüm hökmü çıxarıb.

Müharibədən sonra Hans Vaydel barəsində bir neçə dəfə araşdırma aparılıb, lakin işlər sonradan bağlanıb.

Alice Vaydel isə babası ilə demək olar ki, əlaqəsinin olmadığını və ailədə onun keçmişindən danışılmadığını bildirib. Hans Vaydel 1985-ci ildə vəfat edib.

Musavat.com

Mənbə: musavat.com