Ermənistanın səfiri Rusiyaya qarşı sanksiyaları təqdir etdi - Rusların kefi pozuldu

Ermənistanın səfiri Rusiyaya qarşı sanksiyaları təqdir etdi - Rusların kefi pozuldu

Ermənistanın Hollandiyadakı səfiri Tiqran Balayan nüfuzlu yerli “Weekblad Elsevier” nəşrinə müsahibə verib. Söhbət əsnasında səfir AB-nin Rusiyaya qarşı sanksiyaları mövzusuna toxunub. O bildirib ki, “Rusiya Avropaya karbohidrogen tədarükü etsə də, bu, Brüsselin Moskvaya qarşı sanksiya tətbiq etməsinə heç nə mane olmur. Məncə də Rusiyaya qarşı Aleksey Navalnının zəhərlənməsi ilə əlaqədar sanksiya tətbiq etməsi normaldır”.

KONKRET.az xəbər verir ki, bu barədə “Qlavnoye.net” məlumat yayıb. Məlumatda deyilir ki, erməni səfir müsahibəsində təəssüflə Avropanın Dağlıq Qarabağda baş verən hadisələrə bu cür prinsipial reaksiya vermədiyini söyləyib. Çünki AB siyasətçilərinin loyal davranışı Azərbaycanın bir çox dövlətə qaz və neft təmin etməsi ilə izah edilə bilər.

Lətif,

KONKRET.az

Mənbə: konkret.az