Qabaqlayıcı ssenari: Yunanıstanın Türkiyəyə qarşı hücum planı açıqlandı

Qabaqlayıcı ssenari: Yunanıstanın Türkiyəyə qarşı hücum planı açıqlandı

Yunanıstanın “Ta Nea” qəzeti Afinanın Egey dənizində Türkiyə ilə mümkün böhranla bağlı hərbi ssenarilər hazırladığını yazıb.

Nəşrə görə, mümkün ssenaridə Türkiyənin hərbi qüvvələrini hərəkətə keçirməsi hücuma hazırlıq kimi qiymətləndirilə və buna qarşı “qabaqlayıcı hücum” variantı nəzərdən keçirilə bilər.

Ssenariyə əsasən, Yunanıstan əvvəlcə müttəfiqlərdən əldə edilən peyk məlumatları və kəşfiyyat vasitəsilə Türkiyə hərbi qüvvələrinin hərəkətlərini izləyəcək. Məlumatların yanlış və ya natamam olması halında isə ilk hücumu həyata keçirən tərəfin beynəlxalq aləmdə təcavüzkar kimi qəbul edilərək diplomatik dəstəyi itirməsi riskinin olduğu qeyd olunur.

İkinci mərhələdə Yunanıstanın elektron müharibə sistemlərindən istifadə etməklə Türkiyənin radar və rabitə sistemlərini sıradan çıxarmağa, bəzi hərbi bazaların uçuş-enmə zolaqlarını və desant vasitələrini hədəfə almağa çalışacağı iddia edilir.

Türkiyənin raket və PUA-larla cavab verməsi halında isə Yunanıstanın Patriot hava hücumundan müdafiə sistemləri və yeni freqatlarındakı “SeaFire” radarlarının işə salınacağı bildirilir.

Ssenarinin son mərhələsində, ilk 24 saatdan sonra beynəlxalq ictimaiyyətin atəşkəs üçün müdaxilə edəcəyi ehtimal olunur.

Müəllif: Roza

Mənbə: publika.az