İranla bağlı seçim etməliyəm - Tramp

İranla bağlı seçim etməliyəm -

ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə etmək və ölkəyə qarşı hərbi əməliyyatları davam etdirmək arasında seçim etməli olduğunu bildirib.

Tramp bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.

“Mən seçim etməliyəm: onunla işi bitirmək - bu, çox asan olacaq - yoxsa razılaşma əldə etmək”, – deyə ABŞ lideri bildirib.

Tramp, həmçinin İranla hərbi münaqişə başa çatdıqdan sonra neft qiymətlərinin aşağı düşəcəyinə əmin olduğunu bir daha vurğulayıb.

Mənbə: publika.az