Səudiyyə Ərəbistanının cənubunda husilərin buraxdığı ballistik raketlərin qalıqlarının düşməsi nəticəsində iki nəfər yaralanıb.
Bu barədə Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi məlumat yayıb.
Bildirilib ki, bazar günü iki ballistik raket ələ keçirilərək məhv edilib, onların qalıqları isə yerə düşüb. Xəsarət alanlardan biri Səudiyyə Ərəbistanı vətəndaşı, digəri isə Asiya ölkələrindən birinin vətəndaşıdır.
Hadisə nəticəsində üç yaşayış evi və yeddi avtomobilə də ziyan dəyib.
Mənbə: publika.az