Ermənistan parlamentinin bugünkü iclasında deputatlar arasında növbəti dəfə dava düşüb.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Taron Çaxoyanın çıxışı zamanı başlayan mübahisə daha sonra kütləvi əlbəyaxa davaya çevrilib.
Deputatların davası canlı yayımda nümayiş olunub. Parlamentin spikeri Ruben Rubinyan yayımın dayandırılmayacağını, xalqın parlamentdə nələrin baş verdiyini görməli olduğunu söyləyib.
Yalnız bundan sonra iclasda fasilə elan edilib. Bununla belə, deputatların davası iclas zalından kənarda da davam edib.
Mənbə: qafqazinfo.az