“Azərbaycan hərbi xərclərini və ayırmalarını artırır, Ermənistan isə ordu sayını azaldır”

“Azərbaycan hərbi xərclərini və ayırmalarını artırır, Ermənistan isə ordu sayını azaldır”

“Azərbaycan hərbi xərclərini və ayırmalarını artırır. Ermənistan isə silahlı qüvvələrin sayını azaldırlar, yəni ordunun sayını azaldırlar”. Ordu.az xəbər verir ki, bunu erməni politoloq Alen Qevondyan özünün feysbuk səhifəsində yazıb.

“Ümid edirəm bunun nə olduğunu başa düşürsünüz, deyilmi? Yox, siz bu fakta diqqət yetirməyin, başınızı “köhnələr” – “indikilər” saxta gündəminə qoyun və belə üzsüz yaşayın...

Yeri gəlmişkən, 2008-ci ilin 1 mart mövzularını illərlə davamlı olaraq manipulyasiya edən dairələr deyirlər ki, ağıllı qalın, atəş açacağıq”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

Mənbə: ordu.az