Rubionun ABŞ prezidentliyi uğrunda üç əsas rəqibi açıqlandı

Rubionun ABŞ prezidentliyi uğrunda üç əsas rəqibi açıqlandı

ABŞ dövlət katibi Marko Rubionun 2028-ci il prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi olmaq uğrunda mübarizədə ən azı üç rəqibi ola bilər.

“Lenta.ru”ya istinadən xəbər verilir ki, bu barədə rusiyalı siyasətçi Yeqor Toropov bildirib.

Onun sözlərinə görə, əsas namizədlər arasında ABŞ-ın vitse-prezidenti Cey Di Vens, Texas ştatından senator Ted Kruz və Florida qubernatoru Ron DeSantis var.

Ekspert bildirib ki, hazırda Rubio və Vens ən real namizədlər hesab olunsalar da, hər ikisi Donald Trampın komandasında təmsil olunur.

Toropov hesab edir ki, Respublikaçılar üçün hazırkı Ağ Ev administrasiyası ilə birbaşa əlaqəsi olmayan siyasətçiyə üstünlük vermək daha məqsədəuyğun olardı.

Müəllif: Roza

Mənbə: publika.az