Ermənistanın keçmiş deputatı və tanınmış siyasi xadimlərindən olan Myasnik Malxasyan vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə "Nyus.am" saytı məlumat yayıb.
Qeyd edilib ki, Malxasyan uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Xatırlada ki, 65 yaşlı siyasətçi 1995–2003-cü illərdə Ermənistan Milli Assambleyasının deputatı olub. O, həmçinin "Yerkrapa" könüllülər birliyinin rəhbər şəxslərindən biri kimi tanınırdı.
Mənbə: publika.az