Qalibaf: Biz "nə müharibə, nə də sülh" vəziyyətində qalmayacağıq

Qalibaf: Biz "nə müharibə, nə də sülh" vəziyyətində qalmayacağıq

Biz "nə müharibə, nə də sülh" vəziyyətində qalmayacağıq.

İRNA xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib.

“ABŞ-ın danışıqlar aparmaq, yoxsa müharibə etmək istəməsi bizim üçün qətiyyən əhəmiyyət daşımır. ABŞ İranın irəli sürdüyü 7 şərti qəbul etsə, razılaşma yolu açıqdır. Lakin amerikalılar bu dəfə səhvə yol versələr, döyüşün coğrafiyasını onların istəyi və iradəsi deyil, İran Silahlı Qüvvələrinin gücü və iradəsi müəyyən edəcək. “Nə müharibə, nə də sülh” vəziyyətində qalmayacağıq. Yeni müharibənin acı nəticələri çoxlarına təsir edəcək”, - deyə Məhəmməd Baqir Qalibaf qeyd edib.

Mənbə: apa.az