Lukaşenko Putinin Ukraynaya qalib gəlməsindən qorxur – Səbəbi açıqlandı

Lukaşenko Putinin Ukraynaya qalib gəlməsindən qorxur –

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın Ukraynaya qalib gəlməsini istəmir. Buna səbəb Moskvanın növbəti təzyiqləri Belarus istiqamətinə yönəldə biləcəyi ehtimalıdır.

UNIAN-a istinadən xəbər verilir ki, bu barədə Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinets Dmitri Qordonla müsahibəsində bildirib.

Onun sözlərinə görə, Minsk ictimaiyyət qarşısında neytrallıq nümayiş etdirməyə və beynəlxalq danışıqlarda vasitəçi statusunu geri qaytarmağa çalışır.

Lubinets hesab edir ki, Ukraynanın məğlubiyyəti halında Putin növbəti hədəf kimi Belarus və Lukaşenkonu seçə bilər.

Mənbə: bizim.media