Netanyahu hakimiyyətini itirir: İsrail parlamentində mühüm dəyişiklik

Netanyahu hakimiyyətini itirir: İsrail parlamentində mühüm dəyişiklik

İsrail parlamentində (Knesset) spiker vəzifəsinə müxalifətin namizədi seçilib. Bu, baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumətin siyasətinin dəyişdirilməsi istiqamətində mühüm addım hesab olunur.

Növbəti hökuməti formalaşdırmaq və Netanyahunu əvəz etmək üzərində çalışan Qadi Ayzenkotun müttəfiqi Matan Kahana 120 deputatdan 66-sının səsini qazanaraq Knessetin yeni spikeri seçilib. Netanyahunun blokunun dəstəklədiyi Ofir Kats isə 52 səs toplayıb.

Ayzenkot Kahananın seçilməsini demokratik dəyişikliklərə dəstəyin göstəricisi kimi qiymətləndirib.

Qeyd edək ki, oktyabrın 27-də keçirilən parlament seçkilərində Netanyahu və müttəfiqləri çoxluğu itiriblər. Bundan sonra İsrail prezidenti yeni koalisiya hökumətini formalaşdırmaq üçün Ayzenkota mandat verib. Onun bu məqsədlə daha beş həftəyədək vaxtı var.

Ayzenkotun rəhbərlik etdiyi blok Netanyahunun hakimiyyəti dövründə qəbul edilmiş bir sıra mübahisəli qanunları ləğv etməyi planlaşdırır. Bu təşəbbüslər arasında baş nazirin səlahiyyət müddətinə məhdudiyyət qoyulması, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumları ilə bağlı dövlət araşdırmasının aparılması, eləcə də məhkəmə hakimiyyətinin səlahiyyətlərini məhdudlaşdıran qanunların ləğvi var.

İsrail Demokratiya İnstitutunun nümayəndəsi Assaf Şapiranın sözlərinə görə, yeni spiker müxalifət blokuna qanunvericilik prosesində ciddi üstünlük qazandıracaq. O, xüsusilə hökumətin hakimlərin təyin edilməsində rolunu genişləndirən və baş prokurorun səlahiyyətlərini zəiflədən qanunların ləğvinin prioritet olacağını bildirib.

Bununla belə, Ayzenkotun hökumət qurmaq cəhdi uğursuz olarsa, prezident yenidən Netanyahuya bu imkanı verə bilər. Bu halda parlament komitələri üzərində nəzarətin də Netanyahunun partiyası “Likud”a keçməsi ehtimalı var.

Mənbə: publika.az