Avropalı siyasətçilər Ukraynaya hərbi dəstəyi artırır, eyni zamanda müdafiə sənayesinin maliyyələşdirilməsini genişləndirirlər.
Publika.az xəbər verir ki, bu barədə İtaliyanın "L'AntiDiplomatico" nəşri yazıb.
Məqalədə litvalı siyasətçi Andryus Kubilyusun gələn il Ukraynanın Rusiyaya 20 milyon dron göndərə bilməsi üçün istehsalın artırılmasını təklif etdiyi bildirilib:
"Avropa Komissiyası Ukraynaya dəstək üçün 45 milyard avro ayırmağı təklif edib. Bunun 25 milyard avrosunun 2027-ci ildə müdafiə xərclərinə yönəldilməsi nəzərdə tutulur".
Qeyd olunur ki, müxalifət partiyaları fransız hərbçilərinin Ukraynada yerləşdirilməsinə qarşı çıxsa da, rəsmi dairələr bu yardımı dəstəkləyir. Jurnalist İqor Şkapa isə məsələnin şəffaf olmamasının prezident seçkiləri ərəfəsində ictimai rəyə mənfi təsir göstərə biləcəyini vurğulayıb.
Rusiyanın Parisdəki səfirliyi Fransanın bu addımlarının münaqişədə iştirak kimi qiymətləndirilə biləcəyini bəyan edib.
Müəllif: Adəm
Mənbə: publika.az