ABŞ dövlət katibi Türkiyəyə səfər edəcək

ABŞ dövlət katibi Türkiyəyə səfər edəcək

ABŞ dövlət katibi Antoni Blinken Türkiyəyə gələcək.

Yenisabah.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, ABŞ rəsmisi 5 noyabr bazar günü Ankarada olacaq.

Türkiyənin xarici işlər naziri Hakan Fidanın amerikalı həmkarı ilə görüşəcəyi, hər iki diplomatın İsrail-Fələstin gəginliyini müzakirə edəcəyi gözlənilir.

Mənbə: yenisabah.az