Peskov: Putinin Ərdoğanla danışığı nəzərdə tutulmayıb

Peskov: Putinin Ərdoğanla danışığı nəzərdə tutulmayıb<span class="qirmizi"></span>

Rusiya Prezidenti Vladimir Putinin proqramında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı nəzərdə tutulmur.

Axar.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov deyib.

“Hələ ki, proqramda yoxdur”, - deyə o bildirib.

Qeyd edək ki, Ərdoğan NATO toplantısı sonrasında Rusiya və Ukrayna prezidentləri ilə bu həftə sonu, yaxud növbəti həftə taxıl dəhlizini müzakirə edəcəyini açıqlamışdı.

Mənbə: axar.az