"Hamıdan çox yaşamaq istəyən adam qlobal nüvə fəlakəti törətməyəcək..."

"Hamıdan çox yaşamaq istəyən adam qlobal nüvə fəlakəti törətməyəcək..."<span class="qirmizi"></span>

"Putin Buryatiyaya buddizmin müqəddəs monastırını ziyarət etmək üçün səfər edib..."

"Si Tszinpin Rusiyanın nüvə silahı tətbiq etməyəcəyinin qarantıdır"

"Ölməz Xambo-lama İtiqelov Putin üçün əbədi həyat modelidir..."

Si Tszinpin Rusiyanın nüvə silahı tətbiq etməsinin əleyhinədir, bunu Almaniya kansleri Olaf Şolts ötən il noyabrın 4-də ÇXR rəhbəri ilə danışıqlarından sonra bəyan edib.

Moderator.az xəbər verir ki, bu barədə "QORDON" internet-nəşrinin baş redaktoru Alesa Batsmana müsahibəsində rusiyalı politoloq, jurnalist və teleaparıcı Stanislav Belkovski deyib.

Rusiya prezidenti Vladimir Putin hansısa məqamda Ukraynaya qarşı taktiki nüvə silahını tətbiq etməyə hazır olub.

"Amma birdən aydın olub ki, infrastruktur dağıntılar nöqteyi-nəzərindən bunun o qədər də böyük əhəmiyyəti yoxdur. Bunun rəqibin müqavimətini qırmaq üçün, 1945-ci ildə ABŞ və Yaponiya ilə bağlı olduğu kimi, əhəmiyyəti var.

Lakin tamamilə aydın olub ki, hətta bu üsulla da Ukraynanın müqavimətini qırmaq mümkün olmayacaq. Ona görə də bu, əhəmiyyətini itirib", - Belkovski qeyd edib.

Politoloq deyib ki, bu zaman Putin "təbii ki, hər vasitə ilə bütün dünyanı nüvə silahı ilə təhdid və blef etməlidir".

"Si Tszinpinin ən mühüm rolu bir çox mənalarda uydurmadır, feykdir. O, Rusiyanın nüvə silahını tətbiq etməyəcəyinin qarantıdır. Mən əminəm ki, Rusiya heç bir strateji nüvə silahını tətbiq etmək niyyətində deyil", - Belkovski vurğulayıb.

"Putin Gelencikdəki sarayında əbədi yaşaya bilər. O, vaxtının çoxunu kriokamerada keçirir, soyuğa məruz qalır"

Putin mümkün qədər çox yaşamaq üsulları ilə fəal surətdə maraqlanır. Bu yaxınlarda o, Buryatiyada olub. Formal olaraq aviasiya zavodunu ziyarət edib, əslində isə Rusiya prezidentini maraqlandıran bu olmayıb.

"Buryatiyada olmağın faktiki olaraq başlıca səbəbi İvolqa datsanıdır (datsan Budda monastırıdır-red.). Bu, Rusiya buddizminin müqəddəs yeridir. Buddizm Rusiyada qanunla rəsmən dörd dini konfessiyalardan biridir.

İvolqa datsanında bilavasitə rəsmən Rusiya ərazisində qeydiyyatdan keçən 1925-ci ildə 75 yaşında yeganə "sağ- ölməz" Xambo-lama İtiqelov xüsusi sandıqda dəfn edilib.

Sonra o, 2000-ci ildə sandıqdan çıxarılıb, bütün formal göstəricilərə görə o, sağdır. O, orada, datsandadır. O, nirvana (tam sakitlik) vəziyyətində olsa da, aşağı metabolizm (maddələr mübadiləsi-red.) rejimində yaşayır.

Budur Vladimir Putin üçün əbədi həyat modeli! O, Gelencikdə öz sarayında ola bilər, - o, yeri gəlmişkən, rəsmən dzüdou qardaşlardan yaşca böyük Arkadi Rottenberqin mülkiyyətində olan oteldir, - belə deyək, orada əbədi yaşaya bilər", - Belkovski bəyan edib.

Politoloq deyib ki, Rusiya prezidenti ilə bağlı olan, araşdırmaçı-jurnalistlərin öyrəndiyi bütün obyektlərdə kriokamera var.

"O, vaxtının çox hissəsini kriokamerada keçirir, soyuğa məruz qalır. O, həqiqətən fiziki olaraq çox yaşamaq istəyir, çünki onun dünyəvi əzablarının sağlığında heç də mükafatlandırılmamasını dərindən ədalətsizlik hesab edir. O, hamıdan çox yaşamalıdır, bu, onun psixologiyasının çox vacib elementidir.

Mən ona görə bu barədə belə təfsilatı ilə danışıram ki, hamıdan çox yaşamaq istəyən adamın qlobal nüvə fəlakətini törətməyəcəyi fikrini aşılayım. Yox, o, əlbəttə ki, blef edəcək, bununla təhdid edəcək.

Qərb insanı fəal həyat sürmək istəyir, ona görə də nüvə müharibəsindən çox qorxur. Putin nüvə silahından istifadə edib-etməyəcəyini yalnız özü bilir. O, hələ uzun zaman bununla hədə-qorxu gəlib təhdid edəcək", - Belkovski deyib.

Mənbə: moderator.az