Ordu hərəkətə keçməmişdən öncə Akarın Şoyquya Qarabağ zəngi

Ordu hərəkətə keçməmişdən öncə Akarın Şoyquya Qarabağ zəngi<span class="qirmizi"></span>

Türkiyə müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon söhbətində Qarabağ ətrafındakı vəziyyəti də müzakirə edib. Ankaranın təşəbbüsü ilə baş tutan telefon zəngində Qarabağla bağlı nələrin müzakirə edildiyini təxmin etmək mümkündür:

1. Qarabağda qanunsuz erməni silahlı dəstələrin çıxarılması;
2. Rusiya sülhməramlılarının müşahiyəti ilə Ermənistandan silah-sursatın daşınmasının qarşısının alınması;

Ankara Bakının bu istəklərini, həm də buna qarşı atılacaq addımları Moskvaya çatdırır. Akarın zəngi həm də Bakının atmağa hazırlaşdığı addımlardan öncə Rusiyaya Azərbaycanın yanındayıq demək, bununla mümkün təzyiqlərin qarşısını almaq məqsədi də daşıya bilər.

Bunun fonunda keçmiş Ağdərə rayonu ərazisində qanunsuz erməsi silahlı dəstələrinə məxsus postda silah-sursat və hərbi texnikanı sıradan çıxaran, canlı qüvvənin xəsarət alması ilə nəticələnən yanğının baş verməsi də diqqət çəkir.

Asif
 

Mənbə: publika.az