Masallı sakini Bakıda döyülüb

Masallı rayonu, Şərəfə kəndində yaşayan 36 yaşlı Asif Abuşov Bakıda döyülüb.

"Report" xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti 13 ünvanının qarşısında qeydə alınıb.

Naməlum şəxs onu döyərək ağır xəsarət yetirib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Tribunalarda Azərbaycan və Türkiyə bayraqları - FOTO

SONRAKI XƏBƏR

Yuri Nikulinin Bakıda çəkilmiş 54 illik FOTOSU üzə çıxdı