Qazaxıstan hökuməti istefa verib

Qazaxıstan hökuməti istefa verib<span class="qirmizi"></span>

Qazaxıstanın baş naziri Əlixan Smailov Respublikanın bütün hökuməti ilə birlikdə istefa verib.

“Ölkə.Az” xəbər verir ki, bununla bağlı Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev fərman imzalayıb.

Prezident Aparatının rəsmi saytının yaydığı məlumata görə, parlamentə seçkilərin nəticəsinə uyğun olaraq mövcud hökumət istefaya göndərilib, yenisi seçilməlidir.

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin dərc olunmuş fərmanına əsasən, nazirlər və Nazirlər Kabinetinin sədri yeni hökumət təsdiq olunana qədər öz vəzifələrini icra etməyə davam edəcəklər.

Seçkilər nəticəsində 98 mandatdan 62-si Əmanət partiyasının payına düşüb. Sonrakı yerdə “Aul” (8 yer), “Respublica” və “Ak Jol” (hər biri 6 yer) gəlir. Bundan əlavə, Qazaxıstan Xalq Partiyası və 4 - Ümummilli Sosial Demokrat Partiyası 5 mandat alıb. Daha 7 yeri öz-özünə irəli sürülmüş namizədlər tutub. Martın 29-da yeni çağırışın ilk iclası açılıb.

Qazaxıstan parlamentinin aşağı palatası 2023-cü ilin yanvarında Tokayev tərəfindən buraxılıb. Yeni tərkibə seçkilər martın 19-da keçirilib.

 

Mənbə: olke.az