Paşinyan o yerə layiqdir - Mirzoyan Türkiyədəki sıradan danışdı

Paşinyan o yerə layiqdir - <span class="qirmizi">Mirzoyan Türkiyədəki sıradan danışdı</span>

Bu, protokol qaydalarından irəli gələn məsələdir.

Publika.az "News.am"a istinadən xəbər verir ki, bunu iyunun 5-də Milli Assambleyada parlamentin daimi komissiyalarının birgə iclasında 2022-ci il dövlət büdcəsinin icrası haqqında hesabatın müzakirəsi zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan baş nazir Nikol Paşinyanın Türkiyə prezidentinin andiçmə mərasimində niyə ikinci sırada əyləşməsi ilə bağlı sualı cavablandırarkən deyib.

“Bütün baş nazirlər ikinci sırada oturdular. Onların arasında Ərdoğan üçün önəmli şəxs olan Macarıstanın baş naziri Viktor Orban da var idi”, - Mirzoyan vurğulayıb.

Qeyd edək ki, iyunun 3-də Türkiyədə keçirilən Rəcəb Tayyib Ərdoğanın inaqurasiya mərasimində Nikol Paşinyanın ön, yəni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə eyni cərgədə deyil, ikinci sırada əyləşməsi Ermənistan cəmiyyətini suallara qərq edib.

Mehti Kamiloğlu

 

Mənbə: publika.az