Dedikləri başına bəla oldu – Zatulin cəzalandırıla bilər

Dedikləri başına bəla oldu – Zatulin cəzalandırıla bilər<span class="qirmizi"></span>

Hakim “Vahid Rusiya” Partiyasının deputatı Konstantin Zatulin Ukraynadakı müharibə ilə bağlı tənqidi açıqlamasına görə Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini vəzifəsindən məhrum edilə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vedomosti” hakim partiyadakı mənbələrə istinadla məlumat yayıb.

Bundan əvvəl Zatulin bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynada keçirilən “xüsusi hərbi əməliyyat”la bağlı qarşıya qoyduğu məqsədlərin heç biri yerinə yetirilməyib. O, buna görə hakimiyyəti tənqid edib.

Mənbə: teleqraf.com