Yaponiya on minlərlə vətəndaşını öldürən ABŞ-a buna görə rəğbət bəsləyirmiş...

Yaponiya on minlərlə vətəndaşını öldürən ABŞ-a buna görə rəğbət bəsləyirmiş...

Yaponiya rəhbərliyi 1945-ci ilin avqustunda Xirosima və Naqasakiyə atom bombası atılmasında ABŞ-ın iştirakını xalqın tarixi yaddaşından silmək üçün düşünülmüş və ikiüzlü siyasət yürüdür.

Bunu "RİA Novosti" agentliyinə müsahibəsində Rusiyanın Yaponiyadakı səfiri Nikolay Nozdrev deyib.

Diplomatın sözlərinə görə, Tokionun səylərinin nəticəsi Yaponiyanın ABŞ-a yüksək rəğbət bəsləməsi olub - yanvarda dərc olunmuş ictimai rəy sorğusu respondentlərin 87,4 faizinin amerikalılara müsbət münasibət bəslədiyini göstərib.

Səfir izah edib ki, ölkə ABŞ-ın on minlərlə mülki şəxsə qarşı misli görünməmiş və ölümcül hərəkətlərə görə məsuliyyət daşıdığına dair minimum istinadları saxlayıb.

Bundan əvvəl Nozdryov bəyan edib ki, Moskva Yaponiya hərbçilərinin və onların ABŞ və NATO tərəfdaşlarının simasında müttəfiqlərinin hərbi fəallığının artması səbəbindən yaxın gələcəkdə Tokio ilə münasibətlərin yaxşılaşdırılması perspektivini görmür.

Cəmilə

Mənbə: publika.az