İrəvan 4 kəndi verməsəydi... – Markov

İrəvan 4 kəndi verməsəydi... – Markov

Ermənistan 4 kəndi Azərbaycana qaytarıb. SSRİ zamanı bu kəndlər Azərbaycanın tərkibində olub və 90-cı illərdə Ermənistan tərəfindən işğal edilib.

Bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Eynilə Qarabağ kimi. Azərbaycan Qarabağı döyüşlə aldı. Ermənistan sülh yolu ilə dörd kəndi verdi. Amma könüllü yox, Azərbaycanın Qarabağ kimi bu kəndləri güclə alacağı təhlükəsi altında verdi. Bu, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına şərait yaradır”, - o bildirib.

Zeynəb Əkbər

Mənbə: axar.az