Viktor Orban əmindir ki, Avropa Rusiya ilə müharibəyə hazırlaşır

Viktor Orban əmindir ki, Avropa Rusiya ilə müharibəyə hazırlaşır

Macarıstanın Baş naziri Viktor Orban əmindir ki, Qərb və Avropa Rusiya ilə müharibəyə hazırlaşır və Qərb siyasətçilərinin “Rusiya təhlükəsi” ilə bağlı bütün açıqlamaları bunun üçün bəhanədir.

APA xəbər verir ki, Baş nazir Orban bu barədə “Kossuth” Radiosunun "Sabahın xeyir, Macarıstan" proqramına müsahibəsində deyib.

Macarıstanın Baş naziri bildirib ki, hələ Birinci və İkinci Dünya müharibələrindən əvvəl də mətbuatda onların hazırlanması uzun müddət iş aparılıb və bu, bu gün də davam edir: “İnanıram ki, bu gün Brüsseldə və Vaşinqtonda, daha çox Brüsseldə belə davam edir. Qətiyyətlə deyə bilərik ki, Avropanın müharibəyə qoşulmasına hazırlıq gedir, bunu mediada və Qərb siyasətçilərinin açıqlamalarında görmək olar”.

Orban, eyni zamanda, qeyd edib ki, Rusiyanın NATO ölkələrindən birinə hücum etmə ehtimalı son dərəcə aşağıdır: “Alyansın bir üzvünə kiminsə hücum etməsi ehtimalı son dərəcə azdır və bu, təkcə Rusiyaya aid deyil, istənilən ölkəyə aiddir. NATO müdafiə ittifaqıdır və Alyansın hər hansı üzvünün suverenliyini pozan heç bir hərbi hərəkətə dözməyəcək. Ona görə də mən Qərb siyasətçilərinin guya Rusiya təhlükəsi ilə bağlı bütün bu bəyanatlarını Qərbin manevri və Avropanın Rusiya ilə müharibəyə hazırlaması kimi şərh edirəm”.

Mənbə: apa.az