Lavrov Rusiyanın Ermənistandakı səfirinin Moskvaya çağırılmasını şərh edib

Lavrov Rusiyanın Ermənistandakı səfirinin Moskvaya çağırılmasını şərh edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin Moskvaya çağırılmasını şərh edib.

Bu barədə “RIA Novosti” məlumat yayıb.

“Səfirlər vaxtaşırı məsləhətləşmələr üçün gəlirlər”, - Lavrov vurğulayıb.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən sənəddə deyilir ki, mayın 24-də Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfiri Sergey Kopırkin məsləhətləşmələr üçün Moskvaya çağırılıb.

Mənbə: apa.az