1982-ci ilin konstitusiya qalıqlarından xilas olmaq...

1982-ci ilin konstitusiya qalıqlarından xilas olmaq...

Türkiyədə bütün partiya rəhbərliyi açıqlamalarında yeni konstitusiya tələblərini irəli sürürlər. Bunun 1982-ci ildə qəbul edilən konstitusiya qalıqlarından xilas olmaq və qiyamçı zehniyyətdən qurtulmaq üçün böyük fürsət olduğunu dilə gətirirlər.

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuş jurnalistlərə açıqlamasında deyib.

“Cümhuriyyətin ikinci əsrində qarşıya məqsəd qoyulub və Türkiyənin daha güclü bir ölkə olması üçün yeni bir dövr başlayıb. Bu mövzuda hökumətin və TBMM-nin üzərinə mühüm vəzifələr düşür. Hərbi çevriliş düşüncəsini bir kənara buraxaraq, azad, əhatəli, demokratik bir konstitusiya qəbul etmək əsasən məsuliyyət və öhdəlik tələb edir. Bu, TBMM üçün də çox vacib məsələdir”, - Qurtulmuş bildirib.

Mənbə: axar.az