Təslim olmayacağıq - Kaladze

Təslim olmayacağıq - Kaladze

Gürcüstan rəhbərliyi qətiyyətlidir və təslim olmaq niyyətində deyil.

Bunu Gürcü Arzusu Partiyasının baş katibi Kaxa Kaladze "Xarici agentlər haqqında" qanunla bağlı beynəlxalq təzyiqləri dəyərləndirərkən bildirib.

"ABŞ-ın Gürcüstan rəsmilərinə qarşı sanksiyaları ölkə rəhbərliyinin "Xarici agentlər haqqında" qanun qəbul etməsinə təsir etməyəcək", - o deyib.

Kaladze həmçinin qeyd edib ki, onun sanksiya siyahısına daxil edilməsi ilə bağlı ona bildiriş gəlməyib və ABŞ-ın qərarını “ciddi və gülüş doğuran” adlandırıb.

Mənbə: axar.az