Paris meri Makronu Olimpiadanı məhv etməkdə ittiham edib

Paris meri Makronu Olimpiadanı məhv etməkdə ittiham edib

Paris meri Ann Hidalqo ölkə Prezidenti Emmanuel Makronu 2024-cü il Olimpiya Oyunları ərəfəsində parlamenti buraxdığına görə tənqid edib.

Hidalqo Makronu fransızlara qarşı zorakılıq jesti ilə bayramı korlamaqda ittiham edib. O, Oyunlardan qısa müddət əvvəl ləğvetmə elanını çox sərt qəbul etdiyini və yarışmanın keçirilməsinin nəticələrinə görə indidən təəssüfləndiyini bildirib.

Xatırladaq ki, iyunun 9-da Makron ölkə parlamentinin aşağı palatası olan Milli Assambleyanın buraxıldığını elan edib və birinci turu iyunun 30-da, ikinci turu isə iyulun 7-də keçiriləcək növbədənkənar seçki təyin edib.

Qeyd edək ki, 2024-cü il Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.

Mənbə: Ouest Fransa

Mənbə: oxu.az