Qatarla səfər etmək istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Qatarla səfər etmək istəyənlərin NƏZƏRİNƏ -

5 dəqiqə əvvəl minik dayandrılacaq, üzərində şəxsiyyət vəsiqəsi olmayanlar qatara buraxılmayacaq...

Vağzallarda sərnişinlərlə bağlı qaydalara dəyişikliklər edilir.

Həmçinin, təhlükəsizlik məqsədilə sərnişinləri yola salan şəxslərin platformalara keçidi qadağan olunacaq. Səfər zamanı üzərində şəxsiyyəti təsdiq edən sənədin əsli olmayan və ya sənədinin vaxtı bitmiş sərnişinlərin isə qatara buraxılmasına icazə verilməyəcək.

Eyni zamanda bilet almış sərnişin səfər tarixinədək hər hansı səbəbdən şəxsiyyəti təsdiq edən sənədini yeniləyərsə əvəzində şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, hərbi vəsiqə, 16 yaşına qədər uşaqlara isə doğum haqqinda şəhadətnamə və ya şəxsiyyət vəsiqəsi təqdim etməklə səfər edə biləcəklər.

Yeni təyin olunmuş qaydalar isə iyulun 20-dən etibarən tətbiq olunacaq.

Daha ətraflı xezerxeber.az-ın videomaterialında:

Mənbə: bizim.media