İndoneziyalılar Qarabağ üçün ayağa qalxdılar - FOTO

İndoneziyalılar Qarabağ üçün ayağa qalxdılar -  FOTO

İndoneziyada Ermənistan səfirliyi qarşısında aksiya keçirilir.

Bu barədə İndoneziya Milli Gənclər Şurasının Azərbaycan üzrə koordinatoru, Beynəlxalq Münasibətlər üzrə ekspert Elmar İskəndərov məlumat verib.

“Bu dəqiqələrdə İndoneziya Respublikasının paytaxtı Cakartada yerləşən Ermənistan səfirliyi qarşısında Azərbaycana dəstək və həmrəylik aksiyası keçirilir. Aksiyanı İndoneziyanın İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu və İndoneziya Milli Gənclər şurasının sədri Tan Taufiq Lubis təşkil edib. Aksiyada iştirak edən İndoneziyalı gənclər Azərbaycanın haqq işini dəstəklədiklərini, Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu bildiriblər və Ermənistandan Qarabağ ərazisini dərhal tərk etməyini və revanşizm hərəkətlərindən əl çəkməyini tələb ediblər. Bundan əlavə təşkilatın üzvləri şəhid olmuş azərbaycanlılar üçün namaz qılıb, dua ediblər”.

Elnur Eltürk

Mənbə: moderator.az