Üçtəpə Təlim Mərkəzində tədris prosesi - VİDEO

Üçtəpə Təlim Mərkəzində tədris prosesi - VİDEO

Kadrlar Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinin Üçtəpə Təlim Mərkəzində müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyən hərbi qulluqçuların təlim-tədris prosesindəndir.

8 həftəlik təlim müddətində kursantlara atəş hazırlığı, fiziki hazırlıq, rabitə, motoatıcı, kəşfiyyat, artilleriya və digər ixtisaslar üzrə dərslər keçirilir.

Hərbi Dəniz Qüvvələri, sanitar, aşpazlıq hazırlığı ixtisası üzrə dərslər isə digər hərbi hissələrdə tədris olunur.

Eyni zamanda mərkəzdə müddətdən artıq xidmət etmək istəyən hərbi qulluqçular mühəndis ixtisası üzrə də hərbi biliklərə yiyələnir.

Azərbaycan Ordusunun qarşısında duran əsas tapşırıqlardan birinin işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsini nəzərə alsaq mühəndis hazırlığı üzrə tədris olunan məşğələlər kursantlar üçün böyük rola malikdir.

Bundan əlavə mərkəzdə müddətdən artıq xidmət etmək istəyən hərbi qulluqçulara beynəlxalq humanitar hüquq və silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması mövzusunda dərslər öyrədilir.

Qeyd edək ki, iki ay ərzində keçirilən kursları müvəffəqiyyətlə bitirmiş hərbi qulluqçular ixtisaslar üzrə sertifikat alaraq müvafiq işlə təmin olunur.

Mənbə: www.realtv.az