Aİ Orbana görə Rusiyaya 240 milyard avro ÖDƏYƏ BİLƏR

Aİ Orbana görə Rusiyaya 240 milyard avro

Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasına mane olarsa, Avropa İttifaqı dondurulmuş 240 milyard avroluq aktivlərini Putinə təhvil verməli olacaq.

Bizim.Media xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bildirib.

O izah edib ki, Aİ-nin Rusiya Federasiyasına qarşı sanksiyalarının uzadılmasına dair qərar hər altı aydan bir verilməlidir: “Və hər belə səsvermə ilə Macarıstandan razılaşma tələb olunur. Bu dəfə iyunda qərarın qarşısı alınarsa, dondurulmuş vəsaiti Rusiyaya qaytarmaqla hədələyir”.

Mənbə: bizim.media